По-русски
Rəsmi servisin üstünlükləri
Operativlik
Statistikaya görə, biz təmir işlərinin təxminən 85%-ni ilk vizitdə həyata keçiririk. Bizim mütəxəssislərimiz vizitlər üçün tam hazırlanmış şəkildə gəlirlər.
Peşəkarlıq
Yalnız bizim səyyar təmir mütəxəssisləri Bosch mərkəzi ofisinin nümayəndələri tərəfindən bilavasitə hazırlanır.
Tövsiyəli
Bizim şirkət, istehsalçı tərəfindən təyin etdiyi təmir texnologiyalarını tətbiq edən yeganə şirkətdir.
Etibarlı
Bizim tərəfdən həyata keçirilmiş təmir işlərinin (zəmanət və zəmanətdən sonrakı) 100%-i Bosch zavodları tərəfindən nəzarət edilir, bütün təmir işlərinə görə istehsalçı qarşısında tam məsuliyyət daşıyırıq.
Böyük məişət texnikasının quraşdırılması və təmiri

Bosch səlahiyyətli servis mərkəzinin təcrübəli mütəxəssisləri satın alınan cihaz və texnikaları quraşdırmaq, həmçinin qabyuyan, paltaryuyan maşınlar, sobalar, plitələr, soyuducu və dondurucular da daxil olmaqla bütün növ böyük məişət texnikalarının müxtəlif zədələnmələrini təmir etmək üçün evinizə gələcək.

Kiçik məişət texnikasının təmiri

Biz tozsoranlar, ütülər, MUM mətbəx maşınları, multibişiricilər, tosterlər, çaydanlar, qəhvə maşınları, blenderlər və mikserlər kimi Bosch kiçik məişət texnikası üçün yüksək keyfiyyətli təmir xidmətləri göstəririk. Təmir işləri təcrübəli mütəxəssislərimiz tərəfindən peşəkar şəkildə təchiz edilmiş səlahiyyətli servis mərkəzlərində aparılır.

Cihazın modelini necə dəqiqləşdirmək olar?

Dəstək xidmətinə müraciət səbəbindən asılı olmayaraq — mütəxəssisin məsləhəti, ehtiyat hissələrinin sifarişi, ustanın çağırışı — məişət cihazınızın modeli (E Nr), onun istehsal tarixi (FD) və seriya nömrəsi avadanlığınızın eynilləşdirilməsi və sizə fərdi dəstək göstərilməsi üçün çox kömək edəcək. Cihazın dəqiq modelini öyrənmək üçün cihazınızda zavod stikerini/etiketini tapmaq lazımdır.

Bosch məişət texnikası üzrə ekspert dəstəyi

Mütəxəssislərimiz cihazın təmiri və istismarı, texniki xüsusiyyətləri və ya uyğun aksessuarları ilə bağlı suallarınıza cavab verəcək, həmçinin sizin üçün uyğun olan yeni cihazı seçməkdə kömək edəcəklər. Biz həmişə kömək etməkdən məmnunuq.

Səlahiyyətli Bosch servis mərkəzinin əlaqə nömrələri:
Azərbaycan, Bakı, Bakıxanov küçəsi 50C
Tel: +994 12 441 33 01
Mob: +994 50 417 34 34
Mob: +994 55 417 34 34
E-mail: [email protected]